• HEYDƏR ƏLİYEV ADINA SARAY

               1972-ci il dekabrın 14-dən “V.İ.Lenin” adına Saray kimi fəaliyyətə başlayıb. Sonradan, 1991-ci ilin sentyabrından Mərkəzi konsert salonu “Respublika Sarayı” adlandırılıb.

               Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-ci il tarixli fərmanına əsasən Saray, hal-hazırda Heydər Əliyev adına Saray kimi fəaliyyət göstərir.

              Bu illərdə Sarayın səhnəsində dünya şöhrətli sənətçilər çıxış etmişlər.

               Respublikada geniş miqyaslı təmir-bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 35 illik fasiləsiz fəaliyyətdən sonra Heydər Əliyev adına Saray, prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə, Nazirlər Kabinetinin 425 saylı 19 fevral 2007-ci il tarixli sərancamina və Mədəniyyət və Turizm Nazirliyinin 133 saylə əmrinə əsasən 16 mart 2007-ci ildən əsaslı təmirə dayandırıldı.

              16 oktyabr 2008-ci ildə Heydər Əliyev adına Saray əsaslı təmir-bərpa və yenidənqurma işlərindən sonra xarici dövlətlərdən alnan müasir və dünya standartlarına uygun, ən modern avadanlıqlarla təchiz olunaraq, tam təzə görkəmdə təhvil verildi.

              Respublikanın mərkəzi konsert salonu Heydər Əliyev adına Sarayını digər tamaşa və konsert müəssisələrindən fərqləndirən bir sıra xüsusiyyətləri də var. Sarayın səhnəsi respublikada ən böyük səhnə hesab olunur. Dünya standarlarına cavab verən xarici və daxili dizayn, səhnə, qrim otaqları (2-si VİP otaqlardır, bunlar pianino, royal, televizor, rabitə və sanuzel qovşaqı ilə təchiz olunub),  Azərbaycanda analoqu olmayan, ən müasir və modern səs, işıq, kinoproyeksiya, lazer və s. sistemləri, əsasəndə xaricdən xüsusi sifarişlə gətirilmiş  yüksək keyfiyyətlərə malik LED ekranları da məhz Heydər Əliyev adına Sarayın səhnəsinin başqa səhnələrdən üstünlüyünün nümunəsidir.

             Mühüm dövlət tədbirləri də bu səhnədə keçirilir.24 oktyabr 2008-ci ildə Prezident İlham Əliyevin And içmə mərasimi bu möhtəşəm Sarayın səhnəsində keçirilib.

             Heydər Əliyev adına Sarayın rəsmi açılışı isə SSRİ xalq artsti Zeynəb Xanlarovanın 05-06 noyabrda keçirilən möhtəşəm solo konserti ilə oldu və bununla da Saray tam gücü ilə fəaliyyətə başladı.

               

  • <

    >

    • Texniki Xarakteristika

    • VIP Reklam

      Əlaqə telefonu: +994 55 212 96 11